Ukraynanın itkiləri açıqlandıbackend

Ukraynanın itkiləri açıqlandı

Rusiya Müdafiə Nazirliyi son sutkada Ukrayna Silahlı Qüvvələrinin döyüş texnikasına qarşı görülən tədbirlər barədə məlumat yayıb. 

KONKRET.az xəbər verir ki, hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı HIMARS reaktiv yaylım atəşi sistemlərindən buraxılan 7 raketi və 312 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Nazirliyin açıqlamasına görə, xüsusi hərbi əməliyyatın başlanğıcından indiyədək ümumilikdə məhv edilən texnika və avadanlıqlar bunlardır:

  • 665 təyyarə
  • 283 helikopter
  • 76 497 pilotsuz uçuş aparatı
  • 625 zenit-raket kompleksi
  • 24 539 tank və digər zirehli döyüş texnikası
  • 1 585 reaktiv yaylım atəşi sistemi
  • 28 ədəd artilleriya qurğusu
  • 39 500 xüsusi təyinatlı hərbi maşın

Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus döyüş imkanlarının davamlı şəkildə zəiflədiyini vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*