Ukraynanın kəşfiyyat bölmələri Krıma daxil oldubackend

Ukraynanın kəşfiyyat bölmələri Krıma daxil oldu

Ukraynanın kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində Krım yarımadasına daxil olub. 

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov açıqlayıb.

Onun sözlərinə görə, kəşfiyyat bölmələri xüsusi əməliyyatı hərbi-dəniz donanması ilə keçirib:

“Əməliyyatın məqsədlərinə nail olunub, şəxsi heyət arasında itki yoxdur. Əməliyyat davam etdirilir, qarşı tərəfdən itkilər var. İtkilərin sayı dəqiqləşdirilir”.

Xatırladaq ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*