Ukraynanın səhiyyə naziri Uxandan evakuasiya olunanların yanından qaçıbbackend

Ukraynanın səhiyyə naziri Uxandan evakuasiya olunanların yanından qaçıb

Ukraynanın Səhiyyə Nazirliyinin rəhbəri Zoryana Skaletskaya Çinin Uxan şəhərindən koronavirusa görə evakuasiya edilən ukraynalılarla karantində bir yerdə olmağa söz versə də bir gündən sonra Novı Sanjaradakı sanatoriyanı tərk edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Strana.ua” nəşri yayıb.

Sanatoriyanın direktoru Aleksandr Blinovun sözlərinə görə, nazir qurumu yerli vaxtla saat 11.55-də tərk edib.

O qeyd edib ki, nazir tibbi heyətlə danışıb və müşahidə prosedurundan keçmək üçün yenidən pansionata qayıdacağını bildirib.

Blinov ayrıca vurğulayıb ki, ki, sanatoriya Skaletskayanı yaşayış üçün ayrıca bir evlə təmin etməyə hazırdır, çünki bu, onun işi üçün lazımdır.

Fevralın 20-də Skaletskaya “Facebook”da Uxandan evakuasiya olunan ukraynalıların yaxınlığında karantin dövründə yaşamaq istəyi barədə yazıb. Eyni zamanda, evakuasiya olunanlara dəstək verilməsini istəyib.

Qeyd edək ki, Poltava bölgəsindəki sanatoriyada, koronavirus səbəbiylə Çindən təxliyə edilən ukraynalılarla yerli sakinlər arasında qarşıdurma yaranıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*