Ukraynanın tanınmış yazıçısı: “Bizi ukraynalı edən böyük müharibənin içindəyik”backend

Ukraynanın tanınmış yazıçısı: "Bizi ukraynalı edən böyük müharibənin içindəyik"

Mən Ukraynanın müxtəlif yerlərindən olan bütün bu videolara baxıram. Bu, məndə qürur hissi yaradır.

Sanki bu insanları hardasa görmüşəm, üz cizgilərini, profillərini, xarakterik baxışlarını tanıyıram. Tanrım, sanki qədim bir şey oyanıb və bizim vasitəmizlə danışır.

Bu insanlara baxın! Bizim ən dərin arxitiplərimiz – knyazın xanımı, kazak ordusu, Ukrayna Xalq Respublikasının müdafiəçiləri, cəngavərləri belə gözümüzün önündə canlandı. İlahi, nə gözəl hisslər, güclü, açıq üzlər! Əsl ukraynalılar sanki dərsliklərin səhifələrindən çıxmış kimi qorxmaz və hətta şəndirlər.

Ordumuza bax, türk sultanına məktub yazan o kazakları xatırladır sanki. Ukrayna xalqı öz iradəsi ilə döyüşən azad insanlar ordusudur. Öz atamanını seçən və ləyaqət sahibi olan Zaporojya ordusu.

Həm də təkcə ordu yox! Mülki vətəndaşlarımıza baxın: ölümün üzünə gülür, düşmən tankları məhv edilib. Ukrayna kişilərinin rus hərbi texnikasını qovduğu videoya baxmısınız? Silahsız, adi paltarda, yorğun, lakin dəstə-dəstə tankların üzərilərinə gedirlər və düşmən onların qarşısında geri çəkilir.

Onlar hökumətdən məyus olan, evsiz, maaşı olmayan, az pensiyası ilə, xüsusi perspektivi və ali təhsili olmayan, amma Vətənini evən mərd oğlanlarımızdır!

Bunlar həqiqət məqamında barışıb şeytanı birlikdə döyə bilən davakar Kaydaşilərdir. Bu nənələr Paraska və Palajkadır ki, pulemyotçuların yanına gedirlər, ağızları qarğışdan bağlanmadığı üçün dayana bilmirlər. Qorxmurlar, qorxudurlar!

Biz həqiqət anını yaşayırıq, ölkəmizi, xalqımızı sanki rentgen şüasından görürük. Bizi ukraynalı edən əsl mahiyyəti görürük. Hətta heç vaxt özünü vətənpərvər hesab etməyənlər də.

Maydanlar zamanı belə birlik yox idi, çünki o zaman biz siyasi cəhətdən parçalanmışdıq, bəziləri isə biganə idi. İndi biganə insanlar yoxdur, hətta həmişə ayaqlarına tüpürüb qaçmaq istəyənlər ayağa qalxıblar: onsuz da heç nə dəyişməyəcək deyirlər.

Düşmən torpağımıza ayaq basdı və təkcə insanları deyil, bizi biz edən qüvvəni ayıltdı. Vətənimii qüdrətli edən övladlarımıza, torpağımızda yaşamış bütün əcdadlarımıza, onun qüdrətinə eşq olsun.

Andrey Lyubka, yazıçı

Tərcümə etdi: Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*