Prezident Volodimir Zelenski ölkənin baş naziri Denis Şmıqalı müdafiə naziri vəzifəsinə təyin etməyi təklif edib.
KONKRET.az xəbər verir ki, Zelenski öz müraciətində bildirib ki, Şmıqalın zəngin təcrübəsi Ukraynanın müdafiə naziri kimi vəzifəsində faydalı olacaq. Hazırda bu sahədə ölkənin maksimum resursları, ən çox vəzifələri və böyük məsuliyyəti mövcuddur.
Eyni zamanda, əvvəlki müdafiə naziri Umerovun ABŞ-da səfir vəzifəsinə təyin olunması mümkünlüyü də müzakirə olunur.
Natiq Səlim,
KONKRET.az