Ukraynaya dəstək verən azərbaycanlı reperin Rusiyada konserti LƏĞV EDİLDİbackend

Ukraynaya dəstək verən azərbaycanlı reperin Rusiyada konserti LƏĞV EDİLDİ

Ukraynaya dəstək verən azərbaycanlı əsilli reper Jah Khalibin Moskvada konserti ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Crocus City Hall konsert məkanının baş direktoru Roman Qraçova istinadən məlumat yayıb.

Bildirilir ki, bu, Jah Khalibin müharibə başlayandan sonra açıq şəkildə Ukraynanı dəstəkləməsi ilə bağlıdır.

O, sosial şəbəkədə Ukrayna sakinləri haqqında da bu sözləri yazıb: “İndi mən sizi nəinki sevirəm, həm də sizə heyranam”.

Xatırladaq ki, Jah Khalibin əsl adı Bəxtiyar Məmmədovdur və əslən azərbaycanlıdır. O, Qazaxıstanda anadan olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*