NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hər il 40 milyard avro maliyyə yardımı ayrılması təklifi ilə çıxış edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o Praqada keçirilən konfransda çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.
Stoltenberqin sözlərinə görə, belə yardım Avropa İttifaqı ölkələri üçün məcburi olmalıdır və 40 milyard avro məbləğində vəsait alyansın üzvü olan bütün dövlətlər arasında bölüşdürülməlidir: “Biz ən azı bu səviyyədə dəstəyi lazım olduğu müddətə saxlamalıyıq”.
NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, alyans ölkələri artıq bu məsələdə razılığa daha yaxındırlar.
Xatirə SADİQ,
KONKRET.az