Ukraynaya silah göndərilən hava limanı fəaliyyətini dayandırdı – İLGİNC SƏBƏBbackend

Ukraynaya silah göndərilən hava limanı fəaliyyətini dayandırdı - İLGİNC SƏBƏB

Polşanın Rzeşov hava limanı “plandankənar hərbi fəaliyyət” səbəbindən sentyabrın 10-u səhərə qədər bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb.

Mənbələr iddia edir ki, rus kamikadze dronları Polşa hava məkanına daxil olub və onlardan biri Rzeşova istiqamətlənib.

Məlumata görə, Polşa, Rumıniya və Slovakiyaya məxsus hərbi təyyarələr havaya qalxıb.

Qeyd edək ki, Rzeşov Qərbin Ukraynaya silah göndərməsi üçün əsas nəqliyyat mərkəzidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*