Dekabrdan etibarən Almaniya süni intellektlə idarə olunan pilotsuz uçuş aparatlarını (PUA) Ukraynaya təhvil verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” diplomatik mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, PUA-ların ümumi sayı 4 mindir. Çatdırılma ayda bir neçə yüz ədəd olmaqla həyata keçiriləcək.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib.
Məlik,
KONKRET.az