Ulduz futbolçunun anası koronavirusa görə reanimasiyaya yerləşdirildi – FOTObackend

Ulduz futbolçunun anası koronavirusa görə reanimasiyaya yerləşdirildi - FOTO

Keçmiş braziliyalı futbolçu, “Qızıl top” mükafatının sahibi Ronaldinyo anasının koronavirus səbəbindən reanimasiyada olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, ulduz futbolçu bu barədə öz “Twitter” səhifəsində məlumat verib.

“Əziz dostlar, anam koronavirusa yoluxdu, onun tezliklə yaxşılaşması üçün mübarizə aparırıq.

Reanimasiya şöbəsindədir. Dualarınız, müsbət enerjiniz və sevginiz üçün əvvəlcədən təşəkkür edirəm.

Möhkəm ol, ana!”, – dünya çempionu öz sosial şəbəkə hesabında yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*