“Ulduza hürən köpək” funksiyasını yerinə yetirən Zatulinə TƏRS SİLLƏ: “Rus və erməni xalqlarının düşmənidir, çünki…”backend

“Ulduza hürən köpək” funksiyasını yerinə yetirən Zatulinə TƏRS SİLLƏ: "Rus və erməni xalqlarının düşmənidir, çünki..."

“Zatulin, ona həvalə edilmiş “ulduza hürən köpək” funksiyasını, təkcə ənənəvi idarəçi və himayəçilərinə görə deyil, həm də öz siyasi mövcudluğunu qoruyub-saxlamaq üçün davam etdirir. Biz torpaqlarımızın işğal altında olduğu zaman kəsiyindən bu günə kimi üzərimizə, ən müxtəlif maraqları ifadə edən “zatı qırıq”ların yürüşünü kifayət qədər müşahidə etmişik. Bir qayda olaraq dəfələrlə istifadə edilən birdəfəlik siyasilərin bu qəbildən olan hücumlarının mövsümi xarakter daşıdığını da kifayət qədər yaxşı bilirik”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli səsləndirib:

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır - AZƏRTAC

“Əslində Konstantin Zatulin kimilər həm rus, həm də erməni xalqlarının ən böyük düşmənləridir. Çünki belə xəstə, anormal düşüncəsi olan adamlar mövcud olduqca, həm Rusiyanın, həm də Ermənistanın sivil, insan amilinin ön planda dayandığı, qanunların aliliyinin təmin olunduğu, aqressiyanın, saxta vətənpərvərliyin hökm sürmədiyi bir ölkəyə çevrilmələri çətin olacaq. Ermənilərin öz ölkələrində qalması üçün bu ölkəni iqtisadi cəhətdən inkişaf etmiş, qonşularla sülh şəraitində yaşayan, siyasi avantüraların platsdarmı və regional, subregional təzyiq aləti funksiyasını yerinə yetirməyən bir dövlətə çevirmək lazımdır. Əks halda, erməniləri yalnız bir yolla Ermənistanda saxlamaq mümkün olacaq – girov kimi. Zatulinin fəaliyyəti Ermənistan istisna olmaqla bütün digər MDB ölkələrində Rusiyaya qarşı arzuolunmayan münasibətin formalaşmasını stimullaşdırır, bu ölkələrin ictimai rəyini Rusiyanın əleyhinə formalaşdırır. Belə bir şəxsin MDB ölkələri institutunun rəhbəri kimi fəaliyyət göstərməsi isə nonsensdir”.

Millət vəkilinin sözlərinə görə, bu baxımdan düşünmək olar ki, Zatulinin pozucu fəaliyyəti barədə, ilk növbədə Rusiya cəmiyyəti düşünməlidir.

“Belə bir davranış, qonşularla münasibətlərin pozulmasına xidmət edən hərəkətlər ümumilikdə Rusiyaya nə verir? Zatulin vətəndaşı olduğu ölkənin, mənsub olduğu siyasi partiyanın siyasətinin yox, Ermənistanın, Rusiyadakı erməni lobbisinin maraqlarının təmsilçisidir. Onun Rusiyadakı erməni diasporunun rəhbəri Ara Abramyanla şəxsi münasibətləri, erməni iş adamları ilə sıx əlaqələri də sübuta yetirir ki, Zatulin məhz onların nüfuz müvəkkilidir. Zatulin Gürcüstanda, Batumidə doğulub. Həmin dövrdə Batumidə ermənilər əsasən Zatulinin atasının zabit kimi xidmət etdiyi hərbi hissədə gizir olaraq fəaliyyət göstərir, xüsusilə də təminat işləri ilə məşğul olurdular. Bu baxımdan, düşünürəm ki, Konstantin Zatulinin DNK analizi ilə milli mənsubiyyəti müəyyənləşdirilsə, yaxşı olar. Onun ermənilərə olan sonsuz sevgisinə də birdəfəlik aydınlıq gələr”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*