Ultra sürətli mobil internet – iki saatlıq film 72 saniyəyə yüklənirbackend

Ultra sürətli mobil internet - iki saatlıq film 72 saniyəyə yüklənir

Çinin Şanxay şəhərinin Yangpu rayonu 10 Qbit/s sürətə malik yeni qoşulma standartını təqdim edib.

KONKRET.az xəbər verir ki, dünyanın ən sürətli internet bağlantısından istifadə etməklə 90 GB tutumlu 8K təsvir ölçülü iki saatlıq filmi cəmi 72 saniyəyə yükləyə bilərsiniz. Standart gigabit İnternet isə belə sorğunu 12 dəqiqə ərzində emal edə bilir.

Çin telekommunikasiya şirkəti “China Telecom” və Yangpu rayonunun yerli administrasiyası layihənin hazırlanması və həyata keçirilməsini təmin edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*