Umerovdan Moskvaya atəşkəslə bağlı sənəd: “Ukrayna müharibənin bitməsi üçün…”backend

Umerovdan Moskvaya atəşkəslə bağlı sənəd: “Ukrayna müharibənin bitməsi üçün...”

Ukraynanın müdafiə naziri Rüstəm Umerov İstanbulda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskiyə Ukraynanın atəşkəslə bağlı mövqeyini əks etdirən sənəd təqdim edib.

KONKRET.az xəbər verir ki, Umerov bu barədə şəxsi “Facebook” hesabında paylaşım edib. O qeyd edib ki, 16 mayda Türkiyədə keçirilən görüşdən sonra beynəlxalq ictimaiyyət Rusiyanın da öz mövqeyini əks etdirən “memorandum” sənədini hazırlayıb təqdim edəcəyini gözləyirdi:

“Təəssüf ki, Rusiya tərəfi bu prosesi uzatmağa çalışdı. Ancaq beynəlxalq təzyiq nəticə verdi. Prezident Trampın, Avropa liderlərinin və Prezident Zelenskinin sərt açıqlamaları göstərdi ki, dünya Ukraynada sülhə nail olmaq üçün birləşib. Bundan sonra Rusiya nəhayət ki, öz ‘memorandum’unu tamamladığını bildirdi. Amma hələ də sənədi təqdim etmirlər.”

Umerov bildirib ki, Ukrayna tərəfi artıq öz sənədini Rusiya nümayəndə heyətinə çatdırıb və bu sənəd Ukraynanın atəşkəsə dair prinsipial mövqeyini əks etdirir:

“Ukrayna atəşkəsə və ardıcıl diplomatik prosesə tam və qeyd-şərtsiz hazır olduğunu bir daha təsdiqləyir. Biz Rusiya tərəfi ilə görüşlərə qarşı deyilik. Amma bu görüşlərin faydalı olması üçün onların da mövqeyini bildirməsi vacibdir.”

Umerov sonda qeyd edib ki, təqdim olunan sənəd müharibənin real şəkildə başa çatmasına töhfə verməlidir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*