Urmiya gölü tamamən qurudubackend

Urmiya gölü tamamən qurudu

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub.

KONKRET.az xəbər verir ki, dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb.

Xatırladaq ki, daha əvvəl İran rəsmiləri görülən tədbirlər nəticə verməsə, gölün yayın axırına qədər quruyacağını bildirmişdilər.

Onu da bildirək ki, Tehran administrasiyası gölün bərpası üçün 6 milyard dollar büdcəli böyük ekoloji layihəyə başlasa da, ölkədə davam edən quraqlıq səbəbindən istənilən nəticə əldə olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*