Urqant taksi sürücüsünü təhqir edən rus qızını lağa qoydu – VİDEObackend

Urqant taksi sürücüsünü təhqir edən rus qızını lağa qoydu - VİDEO

Rusiyanın tanınmış televiziya aparıcısı İvan Urqant “Miss Tomsk-2013″ yarışının qalibi, fitness məşqçisi Yana Dankovanı parodiya edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, parodiyanın çarxı “İnstagram”da “Axşam Urqant” şousunda dərc edilib.

“Rambler” yazır ki, sosial şəbəkədə maşının arxa oturacağında oturmuş qızın sürücüyə qışqırması, onu vurması və tez bir zamanda istədiyi yerə çatdırmağı tələb etdiyi video peyda olub. O, tələsdiyini və gözləyənlərinin olduğunu qışqıra-qışqıra deyib.

Daha sonra Yana Dankova davranışını sürücünün hərəkətləri ilə izah edib.

Onun sözlərinə görə, sürücü onu yolun ortasında yerə endirməklə təhdid edib.

Parodiyada İvan Urqant liftin “üstünə” qışqırır, onu doğru mərtəbəyə aparmağı tələb edir. Eyni zamanda, o, lifti təhqir edir və Yana Dankova kimi eyni sözlərdən istifadə edir.

“Məni aparın! Nə edirsən? Siz mənə istehza edirsiniz?”- videoda Urgant qışqırır.

Videonun sonunda aparıcı Dmitri Xrustalov Urqanta liftin başqa bir hərəkət prinsipinə malik olduğunu və lazımi düyməni basmağı xatırladır.

Sosial şəbəkənin istifadəçiləri qeyd edilən şərhlərdə Urqantla Yananın bənzərliyini qeyd ediblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*