Avropa İttifaqı 2025-ci ilin əvvəlində Ukraynanın birliyə qoşulması ilə bağlı Kiyevlə danışıqlara başlamalıdır.
KONKRET.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib. fon der Leyen bildirib ki, ukraynalılar bloka üzvlük yolunda böyük irəliləyiş əldə etdikləri üçün Aİ Ukraynaya siyasi dəstək verməyə davam etməlidir:“Əgər onlar bu səyləri davam etdirsələr, o zaman biz 2025-ci ilin əvvəlində birinci klaster, eləcə də il ərzində digər klasterlər üzrə danışıqlara başlamağa hazır olmalıyıq”.
Vəli Həsənoğlu,
KONKRET.az