Ursula fon der Leyen NATO-nun yeni baş katibi ola bilərbackend

Ursula fon der Leyen NATO-nun yeni baş katibi ola bilər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen sentyabrda Yens Stoltenberqin səlahiyyətlərinin başa çatması ilə əlaqədar NATO-nun yeni baş katibi postu uğrunda mübarizədə iştirak edir.

KONKRET.az-ın məlumatına görə, bu barədə “The Sun” qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, bəzi NATO-ya üzv dövlətlər Ursula fon der Leyeni oktyabrda alyansa rəhbərlik etməsinin tərəfdarıdır. Eyni zamanda, onun Avropa Komissiyasının sədri kimi səlahiyyətləri yalnız gələn il başa çatacaq.

Qeyd olunub ki, Ursula von der Leyenin təyinatının avroskeptiklərin, ilk növbədə Böyük Britaniyanın müqaviməti ilə üzləşməsi ehtimalı yüksəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*