Uşağa işgəncə verən qadın FALÇI İMİŞ — VİDEObackend

Uşağa işgəncə verən qadın FALÇI İMİŞ — VİDEO 

Xalası tərəfindən işgəncələrə məruz qaldığı iddia edilən 14 yaşlı oğlanla bağlı yeni detallar üzə çıxıb.

KONKRET.az xəbər verir ki, qonşuların sözlərinə görə, Günay Novruzova falçılıqla məşğul olub və özünü “Hacı xanım” kimi təqdim edib.

“Uşaq elə bir vəziyyətdə idi ki, hansı vicdansız buna dözə bilərdi?! Öz ayağı ilə gəlib qapını döyüb yardım istədi. Qanını mən silmişəm. “Xala, mənə kömək edin, məni uşaqlar evinə verin” dedi. Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü. Qadına heç kim söz deyə bilmirdi, çünki bu məhəllədə hamını şantaj edirdi”, – deyə qonşulardan biri bildirib.

Qonşular işgəncə faktını təsdiqləsələr də, uşağın böyük qardaşı deyilənlərlə razılaşmır:

“Hər şeyimiz normal olub, heç bir pislik görməmişəm. Mən əsgərlikdə olduğum vaxt qardaşımın o vəziyyətdə olduğunu gördüm. Qonşular burada idilər, amma heç kim mənə deməyib ki, qardaşıma işgəncə verilib. Qardaşım da bu barədə mənə heç nə deməyib. Mən nə görüntülərə, nə xalama, nə də qonşulara güvənirəm. Ekspertizanın cavabını gözləyirəm”, – deyə qardaşı açıqlayıb.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*