ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib.
KONKRET.az xəbər verir ki, bu barədə Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.
“USAİD-in etdiklərinin çoxu seçkilərə təsir etmək, şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı ki, bu da yoxlamalara tab gətirmirdi”, – o, deyib.
O, məsələ ilə bağlı təfərrüatları açıqlamayıb və söhbətin hansı ölkələrdəki seçkilərdən getdiyini də deməyib.