Uşakov: “Paşinyanın dekabrda gələcəyinə dair aydın siqnal aldıq”backend

Uşakov: "Paşinyanın dekabrda gələcəyinə dair aydın siqnal aldıq"

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi görüşü üçün Sankt-Peterburqa gələcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşə gələcək. Həm də Avrasiya İqtisadi İqtisadi Əməkdaşlıq Təşkilatının rəsmi sammitinə”, – deyə Uşakov bildirib.

Bu məlumatın doğru olub-olmaması ilə bağlı suala Rusiya Federasiyası prezidentinin köməkçisi belə cavab verib: “Biz İrəvandan siqnal almışıq, aydın siqnaldır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*