Uşaq yuvarlaq batareyanı uddu – Ağciyərləri yandı – FOTObackend

Uşaq yuvarlaq batareyanı uddu - Ağciyərləri yandı - FOTO

İngiltərənin Şeffild şəhərindən olan Sofi Skill parlaq dəyirmi sikkə ölçülü batareyanı udduqdan sonra bir neçə gün reanimasiya şöbəsində yatmalı olub. KONKRET.az xəbər verir ki, batareya turşusu daxili orqanlarda qızartı yaradıb və ağciyərini yandırıb. Bu da uşaqda şiddətli ağrılara səbəb olub.

Həkimlərin dediyinə görə, Sofinin başına gələn ilk belə hadisə deyil. İngiltərədə hər il orta hesabla iki uşaq udulmuş batareyalar səbəbindən ölür.

Bir düyməni xatırladan xırda ölçülü batareyalardan geniş istifadə olunur.

Onları müxtəlif cihazlarda, fitnes qolbaqlarında, oyuncaq robotlarında, avtomobil açarlarında və balaca fənərlərdə görmək olur. Bunlar çələnglərdə, idarəetmə panellərində, mahnı fləşkartlarında, eləcə də musiqi kartlarında olur.

Parlaq gümüş düyməli batareya körpə üçün çox cəlbedici görünür. Ancaq bir uşaq batareyanı udarsa, təhlükə yalnız boğula biləcəyi deyil. Bir batareya daxili orqanlarda ciddi yanıqlara səbəb ola bilər.

Sofinin anası Klara Skill ümid edir ki, qızı ilə baş verənlər digər valideynlər üçün dərs olacaq: “O, normal nəfəs alırdı, ancaq çox ağladı. Heç vaxt uşaqda belə bir şey görməmişdim”.

Qeyd edək ki, Sofi dərhal xəstəxanaya aparılıb və həkimlər onun ağrısına nəyin səbəb olduğunu biləndə dərhal batareyanı çıxarmaq üçün əməliyyat otağına göndərilib.

Klara tez kömək üçün müraciət etsə də, qız yenə də ciddi xəsarət alıb.

Əməliyyatdan sonra qız bir neçə gün reanimasiya şöbəsində, daha bir neçə həftə xəstəxanada yatıb.

Həkimlər deyir ki, tüpürcək və digər bədən mayeləri, kaustik maddələri buraxan bir batareya ilə təmasda kimyəvi bir reaksiya doğurur, buna görə belə hallarda təcili tibbi yardım göstərmək və mümkün qədər bunu tez etmək çox vacibdir.

Ekspertlər deyirlər ki, hətta ölü bir batareya uşağa ciddi zərər verə bilər: “Uşaqları qorumağın ən asan yolu batareyaları əlçatmaz vəziyyətdə saxlamaq və istifadə edilən batareyaların etibarlı şəkildə bağlandıqlarını yoxlamaqdır”.

Bir uşağın batareyanı udduğundan şübhələnirsinizsə, vaxt itirməyin və dərhal həkimə müraciət edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*