Azərbaycanda uşağın anadan olmasına görə 600 manat veriləcək.
KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, 2025-ci il iyulun 1-dən uşağın anadan olmasına görə 600 (altı yüz) manat veriləcək.