“Uşaqları şəhərdən çıxarmaq qərarına gəldik” – Belqorod vilayətinin qubernatorubackend

“Uşaqları şəhərdən çıxarmaq qərarına gəldik” – Belqorod vilayətinin qubernatoru

Ukrayna Silahlı Qüvvələrinin və Rusiya Könüllülər Korpusunun davamlı hücumlarına məruz qalan Rusiyanın Belqorod vilayətindən uşaqların digər bölgələrə köçürülməsi qərara alınıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Vahid Rusiya” partiyasının toplantısında məlumat verib.

Onun sözlərinə görə, Belqorod şəhəri və ətrafı, Şebekinski və Qrayvoronski rayonlarından 9 minə yaxın uşağın Penza, Tambov, Kaluqa vilayətlərinə və Stavropol diyarına köçürülməsi planlaşdırılır. Martın 22-dən başlayacaq proses öncə 1,2 min uşağı əhatə edəcək.

Ukraynadan idarə olunan hücumlar nəticəsində Belqorod vilayətində yaranmış ağır vəziyyətdən danışan qubernator bildirib ki, son bir həftə ərzində 16 dinc sakin həlak olub, 98 nəfər yaralanıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*