Çin tənzimləyiciləri ölkədə smartfonların istifadəsinə məhdudiyyətlər qoymağı təklif edir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşdan kiçik insanlar gündə iki saatdan çox olmayaraq qadcetlərdən istifadə edə bilərlər.
Belə ki, kiberməkan tənzimləyiciləri 18 yaşına çatmamış şəxslərin saat 22-dən səhər saat 6-ya kimi internetdən istifadəsini qadağan etməyi təklif edir.
Təşəbbüslərə əsasən, 16-18 yaş arası gənclərə gündə iki saat, 8-16 yaş bir saat və səkkiz yaşdan kiçik uşaqlara isə yalnız səkkiz dəqiqə smartfondan istifadə etməyə icazə veriləcək.
Beləliklə, Çin hökuməti gənclər arasında artan internet aludəçiliyi, həmçinin uşaqlar və yeniyetmələr arasında miopiya (yaxından görmə) ilə mübarizə aparacaq.
Qanun qəbul edilərsə, bu,“TikTok”un sahibi olan “ByteDance” kimi Çinin ən böyük mobil proqramlarına təsir göstərəcək.
Qeyd edək ki, Çində oyunçuların sayı, iyunun sonuna olan məlumata görə, ölkə əhalisinin təxminən yarısını, yəni 668 milyon nəfər təşkil edir. Bu ilin birinci yarısında yerli oyun bazarında satış gəliri 144,263 milyard yuana çatıb.
İqbal Rzayev,
KONKRET.az