Rusiyanın Kirov rayonunda mütəmadi olaraq azyaşlı uşaqlarını döyən ananın cinayət işi üzrə istintaq yekunlaşıb.
KONKRET.az yerli mediaya istinadla bildirir ki, təqsirləndirilən şəxs mütəmadi olaraq səkkiz yaşlı oğlunu döyüb. Qadın rezin şlanq və süpürgə ilə oğlanın bədəninə xəsarətlər yetirib. Ən kiçiyinin altı yaşı olan daha üç uşaq böyüdən ana üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib.
Qadın mütəmadi spirtli içkilərdən istifadə edib, uşaqlarını evdə tək qoyub, onlara yemək verməyib. Ailədə baş verənlər məlum olanda anaya qarşı cinayət işi açılıb. İstintaq materialları baxılması üçün məhkəməyə verilib.