“Uşaqpulu məsələsini həll etməyə yaxınıq, tam pulsuz ali təhsilə isə”… – AÇIQLAMAbackend

“Uşaqpulu məsələsini həll etməyə yaxınıq, tam pulsuz ali təhsilə isə"... – AÇIQLAMA

2018-2019-cu təhsil ilində universitetlərdə pulsuz təhsil yeri 12500 idi, bizim təşəbbüsdən sonra hökumətin qərarı ilə pulsuz təhsil yerləri 21000-ə qaldırıldı”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında “REAL”ın icra katibi Natiq Cəfərli səsləndirib. O bildirib ki, sözügedən təşəbbüsün hökumət tərəfindən reallaşması nəticəsində ölkədə 8500 tələbə pulsuz təhsil alma hüququ qazandı, 8500 ailə böyük maliyyə yükündən azad oldu: “Bu məsələ hələ də gündəmimizdədir. Ana dilimizdə, dövlət dilində tam pulsuz Ali Təhsilə keçmək üçün ilə cəmi 150 milyon manat lazım olduğunu hesablayıb hökumətin qarşısına qoyduq.

Natiq Cəfərli həbs edildi VİDEO | Azadliq

Yəni, hökumətin hansısa problemin həllində addım atmasını təmin etmək üçün gərək ortaya arqument, rəqəm, hesablama qoyasan, daha boğazdan yuxarı pafosla danışmayasan. Pafosla səslənən rəqəmlər olanda hökumət də çıxıb əks-arqument deyə bilir, peşəkar yanaşma olanda isə addım atmağa məcbur qalır. Yenə biz riskli, bir az da provokativ üsulla uşaqpulu məsələsini rəqəmlə, konkret arqumentlərlə gündəmə gətirdik. Bəziləri öz pafosları ilə çıxış etməsələr, bu məsələni də həll etməyə yaxın olacağıq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*