ÜST Avropaya səsləndi: “Nəzarəti itirməyin!”backend

ÜST Avropaya səsləndi: “Nəzarəti itirməyin!”

Bu günə qədər dünyada 20 milyondan çox təsdiqlənmiş koronavirus hadisəsi var.

KONKRET.az xəbər verir ki, məlumatı Amerikanın Johns Hopkins Universiteti yayıb.

Mənbə bildirir ki, yaxın günlərdə pandemiya qurbanlarının sayı 750 mini ötəcək.

İnfeksiya ən çox Latın Amerikasında və Asiyada yayılır.

Euronews telekanalının məlumatına görə, Avropada COVID-19-un yeni ocaqları lokallaşdırıla bilər, ancaq infeksiyaların da artması müşahidə olunur.

“Xəstəliyin mövsümi xarakteri hələ təsdiqlənməyib”. ÜST xatırladıb.

“Ciddi nəzarət olmasa, virus qayıdacaq. Avropa ölkələrinə təkrar deyirik: infeksiyanın yayılmasına nəzarət edin, təzyiqi yüngülləşdirməyin. Baş direktorumuzun dediyi kimi döyüşmək, vuruşmaq, mübarizə aparmaq lazımdır”. ÜST-ün Fövqəladə Hallar üzrə direktoru Maykl Rayan belə deyib.

İspaniyanın Albacete şəhərində koronavirusla mübarizə davam edir. 19 mövsümi işçi virusa yoluxub. Onların hamısının koronavirusun simptomsuz daşıyıcıları olduğu üzə çıxıb.

Mütəxəssislər əhalidə koronavirusun aşkar edilməsi üçün testlərin artırılmasının zəruriliyini açıqlayıb.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*