ÜST-dən vacib açıqlama: “COVID-19 olan bəzi xəstələrin sağalması üçün bir neçə ay lazımdır”backend

ÜST-dən vacib açıqlama: "COVID-19 olan bəzi xəstələrin sağalması üçün bir neçə ay lazımdır"

Pandemiya sürətlə inkişaf edir, gündəlik xəstələnənlərin sayı yeni rekorda çatıb, 183 min nəfər yoluxub.

KONKRET.az xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Gabreyesus deyib.

Onun sözlərinə görə, yoluxmaların əksəriyyəti Şimali və Cənubi Amerikadadır.

Ümumiyyətlə, indikatorların bu qədər sürətlə artması epidemiyanın bir anda sıx məskunlaşdığı ölkələrdə ən yüksək həddə çatması ilə əlaqədardır. Ekspertlər hesab edirlər ki, laborator tədqiqat sahəsindəki imkanların genişlənməsinin yalnız bu statistikanı qismən izah edir, eyni zamanda xəstəxanaya yerləşdirmə nisbətləri də artıb.

ÜST-nin rəhbəri vurğulayıb: “Dünyanın bütün ölkələrini effektivliyi ilə tanınan ictimai sağlamlığı qorumaq sahəsində əsas tədbirləri gücləndirməyə çağırırıq”.

Onun sözlərinə görə, steroid dərmanı deksametazonun ağır infeksiyaları olan xəstələr arasında ölüm hallarının azalmasına kömək etdiyi barədə yayılan xəbərlər ürəkaçandır. “İndi dünyada istehsalını artırmaq və dərman çatışmazlığı olan yerlərə necə çatdırmaq barədə sual yaranıb”, – deyə Tedros bildirib.

Əlavə edib ki, xoşbəxtlikdən, bu, dünyanın dərman şirkətləri tərəfindən istehsal olunan ucuz bir dərmandır və bir çoxu istehsalını genişləndirməyə hazır olduqlarını bildiibilər.

ÜST ağır xəstələrin ən çox olduğu ölkələri ilk növbədə dərmanla təmin edir.

Tedros bir daha xatırladıb ki, deksametazon araşdırmalara görə, yalnız ağır və ya kritik vəziyyətdə olanlara kömək edir.

ÜST-nin baş direktoru bildirib: “Xəstəliyin yüngül formalarının müalicəsi və ya fəsadların qarşısının alınması üçün dərmanın effektivliyi barədə məlumatımız yoxdur,  deksametazonun zərər verə biləcəyini unutmayın”.

O, Ümumdünya Səhiyyə Təşkilatının ölkələrə pandemiya ilə mübarizə üçün lazım olan digər maddələrin alınmasında kömək etdiyini də söyləyib. Bu məqsədlə, “təchizat portalı” yaradılıb – qoruyucu vasitələrin, oksigenin və ya hər hansı bir vacib avadanlığın olmaması barədə məlumat verə biləcəyiniz bir onlayn platforma. Artıq 48 ölkə bu mənbədən istifadə edib və 92 milyon dollar dəyərində mal alıb.

ÜST, əhaliyə digər zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı vəziyyəti də izləyir və Tedros təəssüf etdiyi kimi vəziyyət son dərəcə narahatdır. Ölkələrin üçdə ikisi immunizasiya kampaniyalarını, yoluxucu olmayan xəstəliklərin müalicəsi və diaqnozunu , ailənin planlaşdırılmasını dəstəkləməyi dayandırıb. Ölkələrin yarıdan çoxu zehni və ya onkoloji xəstəlikləri olan insanlara yardım göstərmir və hamilə qadınların prenatal müayinələrini təxirə salır.

“Belə fasilələrin nəticələri gələcək illər ərzində hiss olunacaq” deyib Tedros. O, ölkələri yalnız vəba xəstəliyi ilə mübarizə tədbirləri görməyə deyil, eyni zamanda səhiyyə sisteminin gücləndirilməsinə sərmayə qoymağa çağırıb.

COVID-19 olan bəzi xəstələrin sağalması üçün bir neçə ay lazımdır.

Jurnalistlərin suallarını cavablandıran ÜST mütəxəssisləri Maykl Ryan və Maria Van Kerkkhove bəzi xəstələrin infeksiya sonrası bir neçə həftə və hətta aylar ərzində xəstəliyin əlamətləri ilə qarşılaşdıqlarını təsdiqləyib. Bəziləri kiçik fiziki fəaliyyətdən sonra öskürmür, zəiflik və nəfəs darlığı olmur.

“Biz hələ də belə fenomenlərin səbəblərini öyrənirik. Buna görə də bu mövzunu müzakirə etmək istəməzdim” deyib Maria Van Kerkkhove.

Bununla birlikdə, o qeyd edib ki, bəzi hallarda xəstəliyin ağır bir gedişi ilə ağciyərin zədələnməsi məsələsi ola bilər və reabilitasiya uzun müddət çəkə bilər.

Avropada ilk yoluxmuş şəxsin nə vaxt ortaya çıxdığı da sual açıq qalır. Ötən ilin dekabr ayında İtaliyada çirkab sularında yeni bir koronavirusun aşkarlandığı barədə məlumatı şərh edən ÜST mütəxəssisləri bunun canlı bir virus olmadığını, ancaq DNK-nın parçaları olduğunu söyləyib. Bununla belə, bu cür tədqiqatlar epidemioloji vəziyyəti və infeksiya sürətini başa düşmək üçün həqiqətən vacibdir.

Virusun zəiflədiyi və daha az təhlükəli olduğuna dair məlumatlara gəlincə, məsələn, bu yaxınlarda İtaliya həkimləri tərəfindən elan edilmiş ÜST ekspertləri bu məlumatları hələ təsdiqləyə bilmir. Bununla birlikdə, virusun genetik quruluşundakı dəyişiklikləri izləyən, dünyadakı elm adamları ilə əlaqə qurduqlarını bildiriblər. Bu məlumat peyvəndlərin effektivliyini, diaqnostik metodları və infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlərin qiymətləndirilməsində vacibdir.

Hal-hazırda, yeni koronavirusun əhəmiyyətli bir mutasiyasına dair bir dəlil yoxdur, bunun nəticəsində daha az təhlükəli olur və ya klinik olaraq fərqli bir şəkildə özünü büruzə verir.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*