ÜST koronavirusun mənbəyini axtarmaq üçün Çinə ekspert qrupu göndərəcəkbackend

ÜST koronavirusun mənbəyini axtarmaq üçün Çinə ekspert qrupu göndərəcək

Yaxın günlərdə Ümumdünya Səhiyyə Təşkilatı Covid-19 koronavirusunun mənbəyini axtarmaq üçün Çinə ekspert qrupu göndərməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhan Gebreyesus mətbuat konfransı zamanı açıqlama verib.

“Bu barədə hər şeyi, o cümlədən başlanğıcın necə baş verdiyini öyrənəndə virusla daha yaxşı mübarizə apara bilərik” deyib.

ÜST rəhbəri qrupun missiyasının nədən ibarət olacağını açıqlamayıb.

O qeyd edib ki, qlobal koronavirus pandemiyası yalnız güclənir:

“Bununla birlikdə, bir çox ölkələr infeksiyaya qarşı mübarizədə irəliləyişlər əldə edib”.

Gebreyesus dünya əhalisini ümidlərini itirməməyə çağırıb.

Koronavirusun yayılması Çində 2019-cu ilin sonunda baş verib. Hal-hazırda dünyada 10,4 milyondan çox insan bu virusa yoluxub, 508 mindən çox xəstə dünyasını dəyişib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*