ÜST rəhbəri dünya əhalisini qorxutdu: “Bu, son pandemiya deyil”backend

ÜST rəhbəri dünya əhalisini qorxutdu: “Bu, son pandemiya deyil”

Dünya COVID-19-dan dərs almalı və yeni pandemiyalara hazırlaşmalıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, səhiyyə sosial, iqtisadi və siyasi sabitliyin əsasını təşkil edir, bu səbəbdən xəstəliklərin aşkarlanması, qarşısının alınması və nəzarəti üçün xidmətlərə sərmayə qoymaq lazımdır.

“Bu, son pandemiya deyil. Tarix bizə epidemiyaların və pandemiyaların həyatın bir hissəsi olduğunu öyrədir. Ancaq növbəti pandemiya gələndə dünya indiki kimi olduğundan çox hazır olmalıdır” bildirib.

ÜST Baş direktorunun sözlərinə görə, bu gün koronavirusdakı müsbət dinamika SARS, Yaxın Şərq tənəffüs sindromu, qızılca, poliomielit, Ebola, qrip və digər xəstəliklərin yayılmasından sonra hazırlıq işləri görən ölkələr tərəfindən göstərilir.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*