ÜST-ün COVID-19 üzrə missiyası Türkmənistana gəldibackend

ÜST-ün COVID-19 üzrə missiyası Türkmənistana gəldi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

COVID-19 üzrə ÜST missiyası 6 iyulda Türkmənistana gəlib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge dünən günortadan sonra “Twitter”də açıqlayıb.

Bundan əvvəl, iyulun 5-də ÜST-ün Avropa üzrə Regional Ofisinin fövqəladə nümayəndəsi Ketrin Kiçvudun rəsmi internet saytında verdiyi müsahibədə ÜST missiyasının COVİD-19-la bağlı iyulun 6-da Türkmənistana gedəcəyi və yerli hakimiyyət orqanları ilə birlikdə çalışacağı bildirilib.

10 günlük müddətində missiya qrupu, riskləri qiymətləndirmək və COVID-19 ilə əlaqəli problemlərin həll edilməsi mexanizmlərini inkişaf etdirmək üçün səhiyyə işçiləri və müvafiq sahələrdə çalışan mütəxəssislərlə görüşəcək. Onlar tibb müəssisələrinə, ictimai sağlamlıq mərkəzlərinə, laboratoriyalara və digər qurumlara baş çəkəcəklər.

Türkmənistan dünyada COVID-19-un olmamasını iddia edən azsaylı ölkələrdən biri olaraq qalır. Ölkə rəhbərliyinin qeydə alınmış koronavirus hallarının olmaması barədə açıqlamaları fonunda ölkədə kəskin sətəlcəmin yayılması müşahidə olunur.

ÜST-ün Türkmənistandakı nümayəndəliyinin işinə milli səviyyədə koordinasiya və nəzarət sistemləri, epidemiologiya və nəzarət, laboratoriya xidmətləri, xəstələrin idarə edilməsi, infeksiyanın qarşısının alınması və nəzarəti daxildir.

ÜST COVID-19 ekspert heyətinin aprelin sonlarında Türkmənistana səfəri gözlənilirdi. ÜST Avropa Bürosunun rəhbəri missiyanın aprelin 23-də planlaşdırılan səfərini elan edib, o vaxtdan bəri təşkilat ölkəyə səfər etmək üçün Türkmənistan rəhbərliyi ilə danışıqlar aparıb. İki ay ərzində tərəflər səfərin logistikası ilə bağlı məsələlər barədə razılığa gəliblər.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin COVID-19 üzrə Türkmənistana çoxdan gözlənilən səfərinin yəqin ki, ölkədəki real vəziyyətə aydınlıq gətirəcəyi gözlənilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*