ÜST-ün koronavirusu elan etməsindən 6 ay keçdibackend

ÜST-ün koronavirusu elan etməsindən 6 ay keçdi

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının qlobal koronavirus pandemiyasını elan etməsindən tam altı ay keçir.

KONKRET.az xəbər verir ki, Çində çıxan virus planet ətrafında yayılmağa başladığından bəri 188 ölkədə 28 milyondan çox hadisə təsdiqlənib və 900 mindən çox insan ölüb.

Bütün səylərə baxmayaraq COVİD-19  bir çox ölkələrdə daha da çoxalıb.

BBC-yə görə, son gündə Fransada 10 min yeni koronavirus infeksiyası hadisəsi qeydə alınıb. Bu, bütün epidemiya dövrü üçün rekord göstəricidir və bir gün əvvəlkindən təxminən 1000 nəfər çoxdur. Eyni zamanda, ölkədə son günlərdə reanimasiya şöbələrində xəstələrin sayında artım müşahidə olunur.

Cümə günü Parisdə epidemiya ilə mübarizə tədbirlərini sərtləşdirmək üçün hökumət rəsmiləri və səhiyyə mütəxəssislərinin görüşü keçiriləcək.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*