Utilizasiya ilə bağlı proqram təminatı bu tarixdə işə salınacaqbackend

Utilizasiya ilə bağlı proqram təminatı bu tarixdə işə salınacaq

“Dünəndən Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi ilə vəsaitlərin ödənilməsi barədə danışıqlar aparılır. Məndə olan məlumata görə, hər iki qurum tərəfindən artıq işlər yekunlaşıb”.

KONKRET.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

O qeyd edib ki, avtomobillərin utilizasiyası ilə bağlı proqram təminatına uyğun işə başlanılıb: “Vətəndaşlar bizə müraciət edə və həmçinin özləri də prosesi izləyə biləcəklər. Artıq sentyabr ayının 1-dən etibarən proqram təminatı işə salınacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*