Uxanın blokadası iki həftə içində tamamilə qaldırıla bilərbackend

Uxanın blokadası iki həftə içində tamamilə qaldırıla bilər

Yeni növ koronavirusun yayılması ilə əlaqədar Çinin Uxan şəhərinin qurulan mühasirəsi iki həftə ərzində tamamilə aradan qaldırıla bilər.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “South China Morning Post” nəşri şəhər rəhbərliyinin açıqlamasına istinadən yayıb.

“Hubeinin qalan hissəsində məhdudlaşdırıcı tədbirlər hazırda qaldırılır. Xüsusilə, 80 dəmiryol stansiyasının işi bərpa edilib və yaxın gələcəkdə hava limanları çalışacaq. Vilayət xaricinə getmək üçün sağlamlıq sertifikatı tələb olunur” deyib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib. Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*