Uyğurlara qarşı zorakılıq Konqresdə müzakirə edildibackend

Uyğurlara qarşı zorakılıq Konqresdə müzakirə edildi

ABŞ Konqresinin Nümayəndələr Palatasının Çində insan haqlarının pozulması ilə bağlı uyğur türklərinə qarşı zorakılıq iddiaları müzakirə edilib.

KONKRET.az xəbər verir ki, panel iclasları Vaşinqtondakı Konqres binasında keçirilib.

Müzakirələr zamanı Çinin Sincan-Uyğur Muxtar bölgəsindəki müsəlman uyğur türklərinə və digər etnik azlıqlara qarşı soyqırım törətdiyinə dair fikirlər səsləndirilib.

Komitə iclasına yaşadığı zorakılıq və təzyiqləri izah edən uyğur türkləri də dəvət olunub. Çini qeyri-qanuni yollarla tərk etdiklərini bildirən qadınlar Uyğur bölgəsində ailələri haqqında danışmamaq üçün hədələndiklərini bildiriblər.

Panel iclasında ekspertlər də dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*