Uyğurların yaşadığı bölgədə güclü zəlzələ oldubackend

Uyğurların yaşadığı bölgədə güclü zəlzələ oldu

Çinin şimal-qərbində 6.4 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” 26 iyun cümə günü Çin Seysmoloji Şəbəkələr Mərkəzinə istinadən məlumat yayıb.

Zəlzələ Pekin vaxtı ilə saat 5: 05-də Sincan Uyğur Muxtar vilayətinin Yutian mahalında qeydə alınıb.

Zəlzələnin episentri 35,73 dərəcə şimal enində və 82,33 dərəcə şərq uzunluğundakı koordinatları olan nöqtədə baş verib. Hiposentr 10 km dərinlikdə yerləşir.

Yutian mahalında yeraltı təkanlar bir az hiss olunub. Elektrik təchizatı, nəqliyyat və rabitə normal işləyir. Zəlzələnin episentrinə ən yaxın olan Atsyan bölgəsində dağıntılar barədə məlumat verilməyib.

Sincan Seysmoloji İdarəsi artıq fəlakət bölgəsinə işçi qrupu göndərib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*