backend

Üzərində "Qarabağ Azərbaycandır" yazılan pul buraxıldı - FOTO

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış xatirə sikkəsi tədavülə buraxılıb.

KONKRET.az xəbər verir ki, gümüş pulun bir üzündə Azərbaycanın Zəfər rəmzi hesab olunan xarı bülbül simvolu, digər üzündə isə Azərbaycan xəritəsi, bayrağı, ay-ulduz və gerbi əks olunub.

Gümüş sikkənin üzərində həmçinin Ağdam məscidi və Şuşa qalası da təsvir olunub.

50 manat dəyərində olan gümüş pul kolleksionerlərin istifadəsi üçün artıq satışa təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*