Üzərinə dəmir qapı düşən qadın xəstəxanaya yerləşdirildibackend

Üzərinə dəmir qapı düşən qadın xəstəxanaya yerləşdirildi

Qaxda 38 yaşlı qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə hadisə axşam saat 20:00 radələrində rayonun İlisu kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Səyalı Əhməd qızı Əfəndiyevanın üzərinə ehtiyatsızlıqdan dəmir qapı düşüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan S. Əfəndiyeva Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı ona sol çiynin sınığı və başın alın nahiyəsinin kəsilmiş-cırılmış yarası dioqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*