Uzun illər küsülü olan iki məşhur BARIŞDIbackend

Uzun illər küsülü olan iki məşhur BARIŞDI

“Xəzər“ Televiziyasında yayımlanan “Təsir dairəsi” verilişinin kollektivi xeyirxah iş görüb.

KONKRET.az xəbər verir ki, onların təşəbbüsü ilə Əməkdar artist, Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov uzun illər küsülü olduğu həmkarı, Əməkdar artisti Nahidə Orucova ilə barışıb.

Xatırladaq ki, aktyor bir neçə gün bundan əvvəl səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu. “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş və digər iştirakçı-qonaqlar aktyor xəstəxanadan evə çıxdıqdan sonra onu ziyarət ediblər. Bu zaman Nahidə Orucova da onlarla birlikdə gedib. Əməliyyatdan sonra həmkarı tərəfindən jest görən aktyor aralarında olan söz- söhbətə son qoyaraq onunla barışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*