Üzünü dəsmalla sildi və… gözsüz qaldı – FOTObackend

Üzünü dəsmalla sildi və... gözsüz qaldı - FOTO

İngiltərənin Staffordşir qraflığının 45 yaşlı sakini Kler Villis əri və iki uşağı ilə birlikdə Türkiyədə tətildə olarkən, qəribə bir təsadüf ailəni sarsıdıb. Belə ki, qadın otel otağında duş aldıqdan sonra üz-gözünü dəsmalla silib və bu zaman gözündə sanki nəyinsə partladığını hiss edib. KONKRET.az xarici mətbuata istinadən bildirir ki, kəskin ağrı hiss edən Kler tez güzgüyə tərəf qaçıb.

“Gözüm elə ağrıyırdı ki, düşündüm ki, göz alması yuvasından çıxıb, çox incidirdi. Ancaq qan görmədim, yalnız qızartı var idi və hər şeyi bulanıq görməyə başladım”, – deyə Kler hadisə baş verən anı xatırlayır.

Turisti müayinə edən həkimlər Klerə gözünün buynuzlu qişasının cırıldığını söyləyiblər və ona müalicəsini davam etdirmək üçün təcili olaraq vətəninə qayıtmağı tövsiyə ediblər. Ancaq Klerin zədə alan gözünə yolda infeksiya düşüb və vəziyyəti daha da ağırlaşıb.

Britaniyalı həkimlər isə gördüklərindən şok yaşayıblar. Onlar göz almasına baxmaq üçün irinlə yapışmış göz qapaqlarını çətinliklə aralayıblar. Doqquz gün infeksiya ilə mübarizə aparan həkimlər sonda təslim olaraq pasientin sağ gözünü çıxarmaq məcburiyyətində qalıblar.

“Sarğını çıxardıqdan sonra yeni görkəmimə alışmalı oldum. Bu, asan deyildi. Zombi filmlərindəki qəbirdən xortlamış ölülərə oxşayrıdım. Buna görə uşaqları qorxutmamaq üçün hətta məktəbdəki işimdən də çıxdım”, – deyən Kler sosial şəbəkədə belə faciədən qaçmaq üçün insanları diqqətli olmağa çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*