V-IX sinif dərslikləri üzərində hazırlıq prosesinə başlanıldı – Nazirlikbackend

V-IX sinif dərslikləri üzərində hazırlıq prosesinə başlanıldı - Nazirlik

Bu tədris ilində 61 dərslik üzərində çalışılıb. Bu il ümumilikdə 318 adda dərslik çap olunub və məktəblərə çatdırılıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, bir dərslik üzərində 50-60 adamın əməyi var:

“Elə bir söz birləşməsi olub ki, orada bir söz birləşməsinin birgə və ya ayrı yazılması müzakirəsinə görə 6 dərsliiyin çapa verilməsi ləngidilib. Hazırda növbəti il üçün V-IX sinif dərslikləri üzərində hazırlıq prosesinə başlamışıq. Məsələn, Coğrafiya və Tarix dərslikləri zamanın tələbinə uyğun olaraq yenilənməlidir. Ən çox üzərində dəyişiklik aparılan humanitar fənlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*