Vadim Muxanov: “Nəinki Paşinyanın, eləcə də Ermənistanın ümumi vəziyyəti arzuolunmaz səviyyəyə çatıb”backend

Vadim Muxanov: "Nəinki Paşinyanın, eləcə də Ermənistanın ümumi vəziyyəti arzuolunmaz səviyyəyə çatıb"

“Dağlıq Qarabağ mövzusu atəşkəs bəyannaməsinin imzalanmasından əvvəl də Ermənistandakı daxili siyasi vəziyyətə həmişə təsir göstərib. İndi ərazi dəyişikliyi ilə bağlı hər hansı bir xəbər Ermənistan hökumətinə bu baxımdan ciddi şəkildə təsir edir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz üzrə siyasi ekspert Vadim Muxanov bildirib.

O, Ermənistandakı hadisələrin mahiyyətini şərh edərkən xüsusi olaraq vurğulayır ki, dünyada mühüm gücə malik olan erməni diasporu da bu xəbərləri olduqca mənfi qiymətləndirir. Bu amili də nəzərə almaq vacibdir. Sənəd cəmiyyətdə və beynəlxalq ictimaiyyətdə Ermənistanın təslim olması kimi qəbul edilib.

Mütəxəssis qeyd edir ki, Qarabağ münaqişəsinin hazırkı mərhələsindən əvvəl erməni cəmiyyəti hakimiyyətə sadiq idi. Paşinyanın kursu hər addımda  dəstəklənirdi və səhvlər bağışlanırdı. Ancaq indi baş nazirə inam səviyyəsi kəskin şəkildə azalıb.

“Paşinyan Şuşanın tutulmasını gizlədib, sosial şəbəkələrdə şəhərin müdafiədə olduğunu yazıb. İndi onu informasiya müharibəsi apararkən, erməni ordusunun əsl döyüş meydanında itki verdiyinə görə qınayırlar”, – deyə politoloq əlavə edir.

Paşinyan özü hakimiyyətə əvvəlki liderlərin tənqidlərindən sonra gəldiyini xatırladır – onlar korrupsiya və ölkənin müdafiə qabiliyyətini gücləndirə bilməməkdə günahlandırılırdı. Ancaq o, baş nazir olduğu illər ərzində vəziyyəti yaxşılaşdıra bilmədi.

Görünən odur ki, nəinki Paşinyanın, eləcə də Ermənistanın ümumi vəziyyəti arzuolunmaz səviyyəyə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*