Vahid Azərbaycan, yoxsa 2 AYRI RESPUBLİKA? – Mümkün və MÜMKÜNSÜZLƏRbackend

Vahid Azərbaycan, yoxsa 2 AYRI RESPUBLİKA? - Mümkün və MÜMKÜNSÜZLƏR

İran Güney Azərbaycanı 5 inzibati ərazi vahidinə bölüb:

Qərbi Azərbaycan

Şərqi Azərbaycan

Ərdəbil

Zəncan

Gilan

KONKRET.az xəbər verir ki, adıçəkilən bölgələrdə əsasən Azərbaycan türkləri yaşayır. Cənubi Azərbaycan şimalda Azərbaycan Respublikası, qərbdə Türkiyə, cənub qərbdə İraqla həmsərhəddir. Təxminən 286,6 min kv.km-dir. Yəni Azərbaycan Respublikasında 3,3 dəfə böyükdür.

Güney Azərbaycan Cümhuriyyəti yaranarsa:

1. Farslar Azərbaycan Respublikası ilə qonşu ola bilməyəcək, hazırkı dron müttəfiqi olan Rusiya ilə əlaqələri itəcək. Ermənistana qırmızı xətt deyə bilməyəcəklər. Çünki Ermənistandan yüzlərlə kilometr cənubda qalacaqlar.

2. İslam Respublikası qərbdə Türkiyə ilə sərhədlərdən məhrum olacaq və Çin iqtisadiyyatı Avropaya çıxış naminə mollalarla çoxmilyardlıq müqavilələr imzalamayacaq.

3. Cənub Qərbdə İraqla sərhədlərin itirilməsi İranı sadəcə Fars körfəzi ölkəsinə çevirəcək ki, həmin hövzədə Amerikanın nüfuz dairəsinə düşməmək qəlizdir.

4. Güney Azərbaycan Cümhuriyyətinin Fars körfəzinə çıxışı ola bilər, amma İranın Xəzər dənizinə çıxışı olmayacaq və Tehranın konvensiya başağrıları tükənəcək.

Hazırda iğtişaşlar fonunda İranın xırda dövlətlərə parçalanması aktuallaşıb. XX əsrin 90-cı illərinin əvvəllərində Şimali Azərbaycan müstəqillik əldə etdiyi zaman İran əsarətində olan cənub torpaqlarımızın da azadlığı gündəmə gəlmiş, hətta quzeyli-güneyli vahid Azərbaycandan söhbət gedirdi.

Fars-rus fərqi və Səfəvi bağı!

Söhbət orasındadır ki, 1813 (Gülüstan), 1828 (Türkmənçay) müqavilələrindən sonra Azərbaycanın şimalı ilə cənubu arasında fərqli düşüncə tərzləri formalaşmağa başladı. Və bu 1920-də Azərbaycan Xalq Cümhuriyyəti SSRİ işğalına düşməklə, 1921-də İranda Azərbaycan mənşəli qacarların taxtdan salınması, hakimiyyətə farsların gəlişi ilə daha da dərinləşdi. Şimali Azərbaycandakılar bir-birinə “tovariş”, cənubdakılar da “ağayi” deyə müraciət etməyə başladı. Şimalda ateizm, marsizm, cənubda şiəlik və xamneiliyin təbliği getdi. Şimaldakı azadlıq fədailəri Sibirə sürgünlər, güllələnmələr, cənubdakılar isə edamlar gördü. Fars-rus birliyinin Pişəvəri sui-qəsdi də buna örnəkdir. Həqiqətən də Arazı ayırdılar, azərbaycanlıları bir-birinə özgələşdirməyə səy göstərdilər. Buna görə də hazırda iki müstəqil Azərbaycan dövlətinin olmasından bəhs olunur, amma vahid Azərbaycan dövləti müzakirə mövzusu deyil. Bunun isə müəyyən səbəbləri var:

– Azərbaycan Respublikası tolerant ölkədir və bütün dinlər kimi, hər bir islam məzhəbinə eyni şərait yaradılıb. Cənubi Azərbaycanlılar isə qatı şiədir və digər dinlərə islam düşmənləri kimi yanaşırlar. Dini anlaşılmazlıqlar isə böyüyüb çevrilişlə nəticələnə bilər.

– Azərbaycanın müttəfiqləri arasında İsrail də var. İslam respublikasının sakini olmuş hər kəs isə yəhudiləri lənətlənmiş xalq hesab edir (halbuki ibn Salamın tayfası istisna olunur). Bununla yanaşı II Qarabağ savaşında İran Ermənistana muzdlu döyüşçü, silah ötürəndə İsrailin hərbi arsenalı Azərbaycana dəstək olurdu. Həm də cuhudların Azərbaycanda çoxəsrlik birgə yaşayış tarixi var. Soydaş-vətəndaş münaqişəsi isə yersizdir.

– Cənubi Azərbaycanda əhali sayı şimaldakından təxminən 4 dəfə çoxdur. Hökumət heyəti, millət vəkili sayı, paytaxt məsələlərində fikir ayrılıqları qaçılmazdır.

Vahid dövlətin müsbət tərəfləri:

– Azərbaycan Səfəvi dövründən sonra ikinci dəfə ən böyük dövlətini qurmuş olacaq.

– Prezident İlham Əliyev cənubda da sevildiyindən xalq-iqtidar birliyi sarsılmaz olacaq.

– Azərbaycan tarixi ədalətin bərpası naminə daha güclü söz sahibinə çevriləcək və ermənilərlə Zəngəzur dəhlizi yox, İrəvanın statusu müzakirə mövzusuna çevriləcək. Çünki İrəvanı onlara paxtaxt kimi verdiyimiz müqavilə 5 ildir ki, qüvvədən düşüb. Belə beynəlxalq sənədlərin müddəti 99 il olur.

– Yeni enerji resursları və tranzit müqavilələri ilə Azərbaycan ABŞ, Aİ, Çin kimi dünya gücləri ilə rəqabət gücünə malik olacaq.

Daha realist olsaq:

• Güney Azərbaycan Cümhuriyyətinin ayrı müstəqil dövlət kimi elan olunması gözlənilir. İlk iş kimi onun müstəqilliyinin digər dövlətlər tərəfindən tanınması, dərhal Türk Dövlətləri Təşkilatına üzvlüyüdür ki, idarəçilik mexanizmləri ilə bağlı bütün yardımlar göstərilsin. Vizasız rejim, ortaq müəssisə və iş yerləri kimi elementlər yuxarıda qeyd olunan bütün üstün cəhətləri, inkişfa yönəlik layihələri reallığa çevirəcək.

Vahid, yoxsa iki ayrı respublika təhlilində qeyd olunmayan digər mühüm məsələlər də mövcuddur. Bir faktı əlavə etmək istərdim ki, Xətainin vahid Azərbaycan qurmasından bu yana 521 il ötüb. Və 5 əsrdə çox şey dəyişib. Dövlət müstəqilliyinə qılıncla yox, qələmlə nail olunur. Ona görə də ehtiyatlı diplomatik gedişlərin şahidi ola bilərik.

KONKRET.az-ın Analitik Qrupu

P.S. Bilirik ki, qaş düzəltmək istəyəndə vurub göz çıxartmaq olmaz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*