Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan etdibackend

Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan etdi

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib.

KONKRET.az-ın məlumata görə, partiyanın ictimai dəstək qərargahında tədbir keçirilib.

Vahid Rusiya Partiyasının katibi, Federasiya Şurasının sədr müavini Andrey Turçak partiya üzvlərini inamlı qələbə münasibətilə ilə təbrik edib. O, çıxışında Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedyevin xəstə olduğundan toplantıya qatılmadığını, onun bütün partiya üzvlərini təbrik, “Vahid Rusiyaya” səs verənlərə təşəkkür etdiyini bildirib.

Daha sonra “Vahid Rusiya”nın seçkilərdə Moskva üzrə siyahısına rəhbərlik edən paytaxt meri Sergey Sobyanin çıxış edib./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*