Valeri Gerasimov: “Qafqazda müharibə ehtimalı qalır”backend

Valeri Gerasimov: "Qafqazda müharibə ehtimalı qalır"

“Dünyada artan gərginliyə terrorizmin və radikal ekstremizmin genişlənməsi, koronavirus infeksiyasının yayılması fonunda davam edən qlobal iqtisadi tənəzzül və bir sıra dövlətlərin dağıdıcı xarici siyasəti kömək edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xarici atteşelər üçün keçirilən brifinqdə deyib. O əlavə edib ki, “Hazırkı beynəlxalq vəziyyət qlobal və regional təhlükəsizlik problemlərinin daha da kəskinləşməsi ilə xarakterizə olunur, o cümlədən Cənubi Qafqazda münaqişə potensialı qalır”.

.“Dünyada gərginliyin artması terrorçuluğun və radikal ekstremizmin miqyasının genişlənməsinə, yayılmaqda olan koronavirus infeksiyasının fonunda qlobal iqtisadi çöküşə, habelə bir sıra ölkələrin destruktiv xarici siyasətinə imkan yaradır”, – Gerasimov bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda münaqişə potensialı, Suriyada, İranda, Əfqanıstanda və Liviyada terrorçu fəallıq qalır. ABŞ-İran gərginliyinin isə dərəcəsi artır.

General Valeri Gerasimov daha sonra Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi əməliyyatından danışıb. Xarici hərbi atteşelərə bildirib ki, bu əməliyyat “regionda humanitar fəlakətin qarşısının alınması” üçün həyata keçirilib.

“Humanitar fəlakətin qarşısının alınması və yerli əhalinin müdafiəsi üçün üçtərəfli razılaşma əsasında Mərkəz Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının tərkibindən formalaşdırılan sülhməramlı kontingent regionda yerləşdirilib. Rusiya sülhməramlıları hazırda Laçın dəhlizinə və Dağlıq Qarabağ ərazisinə tam nəzarət edir”,-o deyib.

Gerasimov qeyd edib ki, regionda yerləşdirilmiş sülhməramlı kontingent hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın həyata keçirilməsini 23 müşahidə postu ilə təmin edir. “Sülhməramlı əməliyyata rəhbərlik üçün vəziyyətin dəyişməsinə operativ reaksiya verməyə imkan verən idarəetmə sistemi yaradılıb. Baş qərargah tərəfindən Azərbaycanın və Ermənistanın hərbi strukturları ilə birbaşa əlaqə kanalları qurulub”, – Rusiya Baş qərargah rəisi bildirib

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*