Valideyn hansısa bağçadan narazıdırsa, övladını göndərməyə bilər – Nazirbackend

Valideyn hansısa bağçadan narazıdırsa, övladını göndərməyə bilər - Nazir

“Valideyn hansısa özəl bağçadan narazıdırsa, övladını həmin bağçaya göndərməyə bilər”.

KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev özəl bağçalarla bağlı narazılıqla əlaqədar sualı cavablandırarkən deyib.

O bildirib ki, kimlərinsə arasında konflikt olubsa, dövləti çağırmağa gərək yoxdur:

“Bunun üçün hansısa cəzalandırma mexanizmi yoxdur. Dövlət cinayət, inzibati pozuntu olduğu zaman müdaxilə edə bilir. Lakin iki valideyn, şəxs arasındakı münaqişəni dövlət həll edə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*