Hər kəsi peşə bayramımız – Mühafizə işçiləri günü münasibətilə ürəkdən təbrik edirəm.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general-mayor Artur Vanetsyanın Mühafizə Orqanları işçisi günü münasibətilə müraciətində deyilir.
Mesajda xüsusilə deyilir:
“Bu hakimiyyət xalqımızdan çox şey oğurlayıb. İndi də bizim günümüzü – dekabrın 20-ni oğurlamaq istəyir. Ancaq təqvimdə hansı günün qırmızı ilə qeyd olunmasının nə fərqi var?
Bununla belə, biz bu gün öz peşə bayramımızı qeyd edəcəyik, əminliklə ki, erməni təhlükəsizlik işçisi ölkəmizin rifahının və inkişafının mühüm amillərindən biri olub və olacaqdır.
Təbrik edirik, əziz həmkarlar! Sizə təhlükəsiz və səmərəli xidmət arzulayıram!”.
Günel Mikayılova,
KONKRET.az