Vanetsyan: “Ermənistanı ən çətin günlər gözləyir”backend

Vanetsyan: "Ermənistanı ən çətin günlər gözləyir"

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Qarabağla bağlı Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanatı təslimçi biabırçı sənəd adlandırıb.

KONKRET.az xəbər verir ki, erməni siyasətçi bunu Ermənistanın 5-ci kanalının efirində deyib.

Vanetsyan özünün də, ortaqlarının da müharibəni bərpa etmək niyyətində olmadığını vurğulayıb: “Qarabağla bağlı üçtərəfli bəyanat acı bir həqiqətdir”.

Siyasətçiyə görə, Ermənistanı çətin dövrlər gözləyir, ölkənin təhlükəsizlik, səhiyyə, iqtisadi, sosial, humanitar və bir çox digər problemlərini həll etmək lazımdır.

Müxalifətçi əlavə edib ki, Nikol Paşinyan ölkəni elə bir vəziyyətə gətirib ki, ölkəyə rəhbərlik etməyə heç kim cəsarət etmir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*