Vanqanın 2022-ci ilə dair dəhşətli proqnozlarıbackend

Vanqanın 2022-ci ilə dair dəhşətli proqnozları

Ölümündən 25 il sonra kor Balkan qadını Baba Vanqanın proqnozları yenidən gündəmə gəlib.

KONKRET.az “Yahoo News”a istinadla xəbər verir ki, 1996-cı ildə dünyasını dəyişən Vanqa  2022-ci il üçün 6 dəhşətli proqnoz verib.

Onun sözlərinə görə, 2022-ci ildə dünya təbii fəlakətlərin, o cümlədən sunamilərin, zəlzələlərin, qasırğaların və meşə yanğınlarının artması ilə üzləşəcək.

Vanqa, həmçinin, Avstraliya və bir sıra Asiya ölkələrinin fəlakətli daşqınlara məruz qalacağını proqnozlaşdırıb.

Bolqar qadın bir qrup tədqiqatçının Sibirdə ölümcül virus aşkar edəcəyini və bir çox ölkələrin içməli suyun kəskin çatışmazlığı ilə mübarizə aparacağını proqnozlaşdırıb.

Baba Vanqanın 2022-ci il üçün proqnozlarından biri də Hindistanda şiddətli aclıq və vəbadır. Yenisabah.az

  • Rosh
    Dekabr 27, 2021 - 10:15

    Bu vanqa allahnan bir yerdə olur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*