“Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə və “Tosu” ləqəbli tiktoker Məhərrəm Həsənov ev dustaqlığına buraxılıblar.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.
Qeyd edək ki, tiktokerlər polis tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.